Kürdəmirdə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər / 17.07.2018 / 15:46

İyulun 17-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, DTX-nın Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov, dini icma sədrləri, din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılması, mötədil dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə istiqamətində aparılan fəaliyyətə diqqət çəkib. Eyni zamanda dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğunu bildirib, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunmasını müsbət hal kimi qiymətləndirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayan İ.Vəliyev Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək qeyd edib ki, bu gün dünyada İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində İslam dünyasının daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Əzim Rəfiyev multikultural ölkə kimi Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə layiqli töhfələr verə biləcəyini vurğulayıb.
Tədbirdə rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə konfrans öz işini yekunlaşdırıb.
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem ...

Press-relizlər
18.07.2019 / 12:58
Ətraflı oxu

Saatlıda insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib

Press-relizlər
24.05.2018 / 14:54
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.11.2018 / 16:28
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
05.12.2019 / 16:55
Ətraflı oxu