Lerik rayon ictimaiyyəti ilə görüş keçirilib

Press-relizlər / 12.07.2018 / 17:14

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Lerik rayon ictimaiyyəti ilə görüş keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Lerik RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lerik RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova çıxışında Lerik ictimaiyyətinin Gəncə şəhərində baş verən terror hadisələrini hiddətlə qarşıladığını bildirib. A.Vəliməmmədova ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlığın hökm sürdüyünü qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam dininin terror dini deyil, sülh dini olduğunu, dini radikalizmə və ekstremizmə “Yox!” dediyini vurğulayıb. Q.Məmmədov Gəncədə baş vermiş hadisənin dinlə və İslamla heç bir əlaqəsinin olmadığını, bu hadisənin Azərbaycan xalqına və milli dövlətçiliyimizə qarşı təxribat olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında Gəncədə din adı altında törədilən terror hadisəsinin xalqımız tərəfindən şiddətlə qınanıldığını, ictimai-siyasi sabitliyimizi pozmağa çalışan qüvvələrin öz layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib. O əlavə edib ki, Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri sülh şəraitində yaşayırlar.
AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov çıxışında qədim mədəniyyət və elm mərkəzi olan Gəncə şəhərinin tarixi keçmişi haqqında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin paytaxt şəhər olması ilə bağlı məlumat verib. O, Gəncədə baş verənlərin ölkəmizi istəməyən qüvvələrin təxribatı olduğunu qeyd edib.
Lerik rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Tərxan Feyziyev və digərləri Gəncə hadisələrini dərin təəssüf hissi ilə qarşıladıqlarını vurğulayıblar. Natiqlər keçirilən maarifləndirmə tədbirlərinə görə minnətdarlıqlarını bildiriblər.
 


Son baxılan xəbərlər

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 16:44
Ətraflı oxu

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2016 / 13:55
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama
18.10.2016 / 15:40
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.04.2019 / 16:44
Ətraflı oxu

Zərdabda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.01.2018 / 09:34
Ətraflı oxu