Saatlıda “Dini radikalizmlə mübarizə - milli mənəvi dəyərlərin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 12.07.2018 / 14:48

İyulun 12-də Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Rayon Gənclər Mərkəzinin birgə təşkilatçlığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə - milli mənəvi dəyərlərin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, Rayon Gənclər Mərkəzinin direktoru Əzizağa Quliyev, rayon idarə, müəssisə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayon Gənclər Mərkəzinin direktoru Ə.Quliyev xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu deyib. Vurğulayıb ki, bu dəyərlərin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti var.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev və DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılmasının zəruriliyindən danışıblar. Vurğulayıblar ki, ölkəmizdə bu istiqamətdə işlər görülür.
 
  


Son baxılan xəbərlər

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm
26.08.2020 / 13:39
Ətraflı oxu

AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər
29.05.2018 / 10:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri fransız yazıçısı ilə görüşüb

Press-relizlər
23.07.2018 / 15:09
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınırıq”

Xəbərlər
09.02.2018 / 09:29
Ətraflı oxu