Səyyad Salahlı: "Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur"

Press-relizlər / 11.07.2018 / 17:23

"Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən qüvvələrdən istifadə edərək buna dini rəng verməyə çalışırlar". Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ötən gün Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.
Komitə sədrinin birinci müavani bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri xaricdədir. “Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən, xüsusilə xarici dairələrin və onların yerlərdəki əlaltılarının fitnəkarlığıdır, arxadan vurduqları zərbədir. Məqsəd xalqın rifah halına kölgə salmaq, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi, həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir. Bir sözlə, xəyanətdir”.
S.Salahlı qeyd edib ki, Azərbaycandakı tolerantlıq və multikultral yaşayış tərzi və ənənələr həm tarixdən qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq tədbirlərindən bəllidir. “Dünən Gəncədəki iğtişaş dinlə bağlana bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
04.03.2019 / 17:09
Ətraflı oxu

Lənkəranda “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib

Press-relizlər
01.11.2018 / 17:00
Ətraflı oxu

Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
28.09.2018 / 10:37
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

“Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış” kitabı çap edilib

Kitablar
24.07.2019 / 15:05
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu