Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 02.07.2018 / 14:49

İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dinə dövlət qayğısından bəhs edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, milli-mənəvi dəyərlərimizin və tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində mühüm nailiyyətlərə imza atılıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran sədrin birinci müavini ölkəmizdə uğurla gerçəkləşdirilən dövlət-din münasibətləri konsepsiyasının nəticəsində Azərbaycanda yüksək tolerantlıq mühiti və dinlərarası harmoniyanın hökm sürdüyünü qeyd edib. Səyyad Salahlı bu yaxınlarda dövlət başçısının Sərəncamı ilə dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədi ilə müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımının ayrılmasını buna bariz nümunələrdən biri kimi dəyərləndirib.
O əlavə edib ki, son illərdə icmaların maarifləndirici layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin edib. Din xadimləri dini maarifləndirmə işinin aparılması, həmçinin cəmiyyətdə dini radikalizm meyillərinin qarşısının alınmasında aktivlik nümayiş etdirirlər. Dövlət Komitəsi ilə sıx əməkdaşlığın zəruriliyini önə çəkən sədrin birinci müavini bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
Sonra 26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.
Lənkəran rayonu Boladi kəndi Seyidoba məhəllə məscidi dini icmasının sədri Zamin Məmmədov dini icmalarla sıx əlaqələrin qurulmasının, onların qayğı ilə əhatə olunmasının diqqətəlayiq olduğunu bildirib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.
 


Son baxılan xəbərlər

Xətai rayonunda “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.11.2016 / 14:20
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 16:56
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

Beyləqanda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 16:04
Ətraflı oxu

DQİDK və Xocalı RİH-in təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
13.06.2019 / 14:06
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
10.04.2019 / 17:11
Ətraflı oxu