Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Press-relizlər / 03.07.2018 / 15:08

İyulun 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və bir sıra tanınmış ilahiyyatçılar iştirak ediblər.
Fondun icraçı direktoru Mehman İsmayılov tədbiri giriş sözü ilə açaraq fondun yaradılması, fəaliyyəti, gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, fondun əsas fəaliyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. İcraçı direktor bu siyasətin inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini diqqətə çatdırıb. M.İsmayılov dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində fond tərəfindən keçirilməsi planlaşdırılan layihələr haqqında da danışıb.
Tədbirdə iştirak edən natiqlər dövlət-din münasibətləri sahəsində görülən işlər, eləcə də ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən bəhs ediblər. Geniş fikir mübadiləsinin aparıldığı görüşdə ilahiyyatçılar, eyni zamanda fondun səmərəli fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun tərkibində mənəvi dəyərlərin təbliği üzrə Məşvərətçi Komitənin yaradılması qərara alınıb.
Qeyd edək ki, Məşvərətçi Komitənin fəaliyyətinə Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək, qurumun maarifləndirmə və sosial xarakterli tədbirlərində iştirak etmək, eləcə də fondun fəaliyyətinə uyğun olaraq mənəvi sahədə elmi-sosial araşdırmaların aparılması və sorğuların keçirilməsinə yardım etmək və s. daxildir. 


Son baxılan xəbərlər

Balakəndə “Fitnə” filmi nümayiş olunub

Press-relizlər
10.06.2016 / 12:39
Ətraflı oxu

Xızıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
31.01.2018 / 15:13
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda sinaqoqlara qarşı istənilən terror təhlükəsinin olması ehtimalı sıfıra bərabərdir"

Açıqlama
15.01.2015 / 20:15
Ətraflı oxu

Ali Məhkəmə Suraxanı Rayonu Yeni Günəşli Qəsəbəsi “Fatmeyi-Zəhra” Məscidi Dini İcmasının qeydiyyatının ləğvinə dair ...

Xəbərlər
14.11.2014 / 09:44
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.07.2017 / 15:12
Ətraflı oxu

Gündüz İsmayılov: "İslam meydana çıxdığı gündən elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib"

Press-relizlər
24.10.2018 / 15:46
Ətraflı oxu