Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işinə başlayıb

Press-relizlər / 28.06.2018 / 17:32

İyunun 28-də Dini Qurumlarla İş Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işinə başlayıb.
Cəlilabad RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi regional konfransı giriş sözü ilə açan  Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov bildirib ki, maarifləndirmə xarakterli işlərin gücləndirilməsi, təhsilə önəmin verilməsi ilə yanaşı gənclərin iradəli və vətənpərvər ruhda tərbiyə edilməsi dini radikalizmə qarşı ən düzgün mübarizə yoludur. 
Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları” adlı təqdimatla çıxış edib. Şöbə müdiri çıxışında radikalizmin meydana çıxma səbəblərini siyasi, hüquqi, iqtisadi, dini, mədəni və fəlsəfi təzahürlərlə izah edib. Dini radikalizmin metodologiyası və cəlb etmə üsullarına da toxunan E. Kərimova şəxslərin dini ekstremist cərəyanlara cəlb edilməsinin bir neçə mərhələdə həyata keçirildiyini diqqətə çatdırıb.  Dini radikalizmə qarşı mübarizədə və maarifləndirmədə qadınların xüsusi rolu olduğunu deyən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib. O, hər bir gəncin formalaşmasında mühüm rolu olan qadınların dini baxımdan bilgisiz və ya məsələyə laqeyd yanaşmasının ağır fəsadlara yol aça biləcəyini bildirib.
YAP-ın Cəlilabad Rayon Təşkilatının Qadınlar Şurasının sədri Fərqanə Məmmədova  çıxışında mövzunun aktuallığına toxunaraq bu maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, qadınların ictimai həyatda iştirakı genişlənib. Azərbaycan qadını 100 ildir ki, seçib seçilir. Qadınlar cəmiyyətin bütün sahələrində yüksək səviyyədə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. F. Məmmədova dini maarifləndirmə sahəsində Dövlət Komitəsinin fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib, Dövlət Komitəsinin sifarişi işə çəkilən sənədli filmlərin böyük mənəvi və psixoloji təsirinin olduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə “Dini təbliğat və sosial şəbəkələr” adlı təqdimatla çıxış edib. Dini radikallığın təbliğində hər bir vətəndaşın evinə yol tapan sosial şəbəkələrin mənfi rolundan danışıb. Y. Əliyeva dini radikal düşüncəli şəxslərin sosial şəbəkələrdən istifadə edərək zərərli fikirlərini yayması, özlərinə həmfikirlər toplaması hallarını qeyd edib. Bildirib ki, sosial şəbəkələr bir çox təbliğat vasitələrindən daha effektli və geniş miqyaslı, daha çox kontingenti əhatə edən fəaliyyət sahəsidir. Burada qısa zaman kəsiyində çox geniş və əhatəli siyasi, ideoloji, dini və digər sahələr üzrə təbliğat aparmaq mümkündür. Sosial şəbəkələrdən aktiv istifadə edən vətəndaşlar, xüsusən də gənclər daha diqqətli olmalıdırlar. Çünki dini bilgiləri zəif olan şəxslərin aldanaraq dini radiakal meyilli insanların təsir dairəsinə düşmək ehtimalları böyükdür.
Cəlilabad Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Raxşəndə Qasımova çıxışında dini radikalizmlə mübarizədə qadınların qarşısında çox böyük vəzifələr dayandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizin gələcəyi olan gənclərimizin dünyagörüşünün formalaşmasında anaların rolu danılmazdır. Eyni zamanda ölkəmizin multikultural və tolerant dəyərlərinin təbliği, gənclərin milli-mənəvi dəyərlərə sahib çıxması ruhunda tərbiyələndirilməsi sahəsində qadınların üzərinə böyük məsuliyyət düşür.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov DQİDK tərəfindən dini maarifləndirmə işinin aparılması istiqamətində çox böyük işlər görüldüyünü deyib. Qeyd edib ki, bu cür tədbirlərin qadınlarla təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş sənədli filmlər dini maarifləndirmə və dini radikalizmə qarşı mübarizə işinə böyük töhfə verir. Dini radikalizmə qarşı mübarizə bütün sahələrdə aparılır. Bu silsilə tədbirin Cəlilabaddan başlamasının bir səbəbi də ölkəmizin cənub bölgəsinin dini baxımdan həssas bölgə olması ilə əlaqələndirib.
Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar paylanılıb. 


Son baxılan xəbərlər

Aşura mərasimləri yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir

Press-relizlər
11.09.2018 / 11:50
Ətraflı oxu

Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
13.02.2019 / 17:24
Ətraflı oxu

Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Press-relizlər
29.10.2018 / 16:26
Ətraflı oxu

Qusarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.11.2019 / 16:18
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
31.08.2018 / 09:53
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
10.04.2019 / 17:11
Ətraflı oxu