Xızı və Sumqayıtda narkomaniya əleyhinə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər / 28.06.2018 / 18:01

İyunun 28-də Dini Qurunmlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xızı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xızı rayonunda “Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbir keçirilib.
Şurabad qəsəbəsi Mədəniyyət evində keçirilən tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Xızı RİH əməkdaşı Sübhan Hüseynov, Şurabad bələdiyyəsinin sədr müavini Fazil İsmayılov və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şurabad bələdiyyəsinin sədr müavini Fazil İsmayılov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, narkomaniya və bu kimi zərərli vərdişlər,həmçinin dini radikalizm və onun fəsadları haqqında maarifləndirici tədbirlərin keçirilməsi zamanın tələbidir.
Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşı Sübhan Hüseynov çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. İcra nümayəndəsi rayon ərazisində narkomaniya ilə bağlı bəzi statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, narkomaniya gələcək nəsillərin məhvinə yönələn addımdır.   
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov bu mövzuda keçirilən tədbirlərin vacib olduğunu bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, gənclər arasında narkomaniyanın bugünkü səviyyəsinin qorxulu həddə çatmağı əsl faciədir. Natiq çıxışında gənclərə müraciət edərək, özlərini, yaxınlarını narkomaniya adlı “ağ ölümdən” qorumağa səsləyib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
                                                              
 ***
 
İyunun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər “Cümə” məscidində “Narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbə müdiri Şirin Cəfərovun, “Cümə” məscidinin imamı Fərrux Miriyevin və Saray “Cümə” məscidinin imam müavini Əli Şərbətovun, eləcə də dini icmanın üzvləri və din xadimlərinin iştirak etdiyi tədbirdə natiqlər narkomaniya və onun fəsadları barədə geniş məlumat veriblər. 
Tədbiri giriş sözü ilə açan “Cümə” məscidinin imamı Fərrux Miriyev öncə mövzunun aktuallığından danışıb. O qeyd edib ki, narkomaniya və bu kimi zərərli vərdişlər bəşəriyyətin ümumi bəlasıdır. Ölkəmizdə də narkomaniyanın insanlar arasında  vüsət almasına toxunan natiq bununla bağlı mübarizə üsulları sahəsində hər kəsi həmrəy olmağa səsləyib.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov bildirib ki, gənclərin təhsilli, sağlam olması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyələndirilməsi dövlətin prioritet hədəfidir. O vurğulayıb ki, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən kompleks tədbirlər bunu deməyə əsas verir. Natiq çıxışında bəşəri bəla olan narkomaniya və dini radikalizmin cəmiyyəti, xüsusilə də gənc nəsli təhdid etdiyini bildirib O, bu problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Saray “Cümə” məscidinin imam müavini Əli Şərbətov öz çıxışında mövzunun aktuallığına toxunaraq dövlətin əsas vəzifələrindən birinin narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirmək olduğunu bildirib. Narkomaniyanın insanı ölümə, mənəvi böhrana aparan faciə olduğunu deyən natiq onun ailə, cəmiyyət və dövlət üçün təhlükəli tərəflərini izah edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 



Son baxılan xəbərlər

“Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
11.05.2017 / 15:53
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
29.09.2017 / 17:08
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar

Press-relizlər
24.02.2020 / 12:16
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən və Siyəzəndə tədbirlər keçirilib

Press-relizlər
01.11.2018 / 15:53
Ətraflı oxu

“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub

Multikulturalizm
20.12.2016 / 11:42
Ətraflı oxu

Arye Qut: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir”

Multikulturalizm
11.05.2017 / 09:16
Ətraflı oxu