15 İyun - Milli Qurtuluş Günü milli qurtuluşumuzun zəfər yürüşüdür

Press-relizlər / 13.06.2018 / 16:34

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “15 İyun - Milli Qurtuluş Günü milli qurtuluşumuzun zəfər yürüşüdür” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, kollecin müəllim və tələbələri, eləcə də mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Əyyub Əyyubov Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verərək Ümummilli Liderin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd edib.
Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə “Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov 1991-1992-ci illərdə Naxçıvanda işlədiyi müddətdə canlı şahidi olduğu hadisələr barədə - blokada şəraitində olan Naxçıvanın Heydər Əliyevin sayəsində erməni təcavüzünə qarşı mübarizəsi, qısa müddətdə Türkiyə ilə sərhəddə “Ümid körpüsü”nün açılışı, Ulu Öndərin digər unudulmaz fədakarlıqları haqqında geniş məlumat verib. 
Mövzu ilə bağlı çıxış edən digər natiqlər Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu vurğulayıblar.
Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilib. 
 


Son baxılan xəbərlər

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu

“Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusununda videokonfrans keçirilib

Press-relizlər
13.11.2020 / 17:51
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Binəqədidə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:07
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2019 / 14:30
Ətraflı oxu

Daşkəsəndə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
12.10.2018 / 12:11
Ətraflı oxu