Qərbi Kaspi Universitetində dini radikalizmə qarşı mübarizəyə həsr edilən maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 08.06.2018 / 17:24

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, eləcə də təhsil müəssisəsinin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Universitetin rektoru Andris Leitas  bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Rektor gənclərin dini radikalizmin təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək qeyd edib ki, dinimizin dini radikalizm və məzhəbçilik kimi hallara alət olunması yolverilməzdir. Vurğulanıb ki, ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayır. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.
Ölkəmizdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan sədr müavini bildirib ki, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyaların”, tendensiyaların təsirindən qorunması əsas prioritet istiqamətlərdən birini təşkil edir.
“Şəhadət” sənədli filminin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışan sədr müavini gənclərin diqqətli olmalarının, müəyyən dini bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov isə dini radikalizmə qarşı mübarizə tədbirləri barədə fikirlərini bölüşüb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Xəbərlər
05.02.2019 / 12:43
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər
17.07.2020 / 12:51
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.01.2018 / 15:14
Ətraflı oxu