“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəranda tədbir keçirilib

Press-relizlər / 08.06.2018 / 16:22

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində tədbir keçirilib.
“İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Xarxatan kənd tam orta məktəbinin direktoru Faiq Babayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xarxatan kənd tam orta məktəbinin direktoru Faiq Babayev çıxışında keçirilən tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov insan hüquq və azadlıqlarının qorunması, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə uşaqların təhsil hüququ haqqında danışaraq ölkəmizdə insan hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu qeyd ediblər. Şərqdə qadınlara ilk dəfə səsvermə hüququnun Azərbaycanda verildiyi də xüsusi vurğulanıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə bu sahədə mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
06.08.2019 / 17:12
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2019 / 16:29
Ətraflı oxu

Gündüz İsmayılov: "Dini radikalizmlə mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirmə işinin aparılması zəruridir"

Press-relizlər
28.08.2019 / 15:08
Ətraflı oxu

Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

Press-relizlər
11.10.2019 / 15:30
Ətraflı oxu

Hacıqabulda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
13.02.2020 / 17:46
Ətraflı oxu