Prezident İlham Əliyev: Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır

Arxiv / 08.06.2018 / 10:30

Azərbaycan müsəlman aləmində çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində bildirib.
Azərbaycanın dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar – bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət müsəlman aləmində çox böyük hörmətlə qarşılanır. Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir”.

Son baxılan xəbərlər

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
22.02.2018 / 15:58
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.12.2017 / 13:56
Ətraflı oxu

Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

Multikulturalizm
11.11.2016 / 15:17
Ətraflı oxu

“Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək”

Press-relizlər
30.03.2018 / 17:07
Ətraflı oxu

Prezident İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub

Xəbərlər
24.01.2019 / 10:20
Ətraflı oxu

Qətərdə “13-cü Doha Dinlərarası Dialoq Konfransı” keçirilib

Press-relizlər
21.02.2018 / 14:41
Ətraflı oxu