Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib

Xəbərlər / 07.06.2018 / 11:29

Bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq. Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib. Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində söyləyib.
“İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk”, - deyə dövlətimizin başçısı qeyd edib.

Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
23.02.2018 / 12:05
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi haqqında Sərəncam imzalayıb

Xəbərlər
01.06.2018 / 11:02
Ətraflı oxu

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2014 / 17:53
Ətraflı oxu

Gündüz İsmayılov: “Dini ayrı-seçkilik salan kitablar ölkəyə gətirilə bilməz”

Müsahibələr
11.11.2016 / 17:10
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2019 / 11:49
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri: "Pandemiya dövründə kütləvi dini mərasimlər yoluxma sayını artıra bilər"

Xəbərlər
26.08.2020 / 12:18
Ətraflı oxu