Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllıda iftar süfrəsi təşkil edilib

Press-relizlər / 07.06.2018 / 10:22

İyunun 6-da İsmayıllı rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, əməkdaşı Vüqar İmamquliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov iştirak ediblər.
İftar süfrəsi müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının bu sahədə atılmış mütərəqqi addım olduğunu bildirib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun fəaliyyəti haqqında geniş məlumat verərək Prezident İlham Əliyevin mənəvi sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizdə dini-mənəvi mühitdə mövcud olan nümunəvilik dinləyicilərin diqqətinə çatdırılıb.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov təşkil edilmiş iftar süfrəsinə görə minnətdarlığını bildirib və Ramazan ayının mahiyyəti haqqında danışıb.
Sonda şəhidlərin ruhuna dualar edilib.


Son baxılan xəbərlər

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.05.2019 / 16:38
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Xəbərlər
20.08.2019 / 12:15
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb”

Müsahibələr
08.09.2016 / 17:17
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
09.04.2018 / 15:11
Ətraflı oxu

“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2017 / 15:37
Ətraflı oxu