Qubanın Qonaqkənd qəsəbəsində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.06.2018 / 10:14

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə rayonun Qonaqkənd qəsəbəsində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RTŞ-nin əməkdaşı Anar Murtuzov, RİH başçısının Qonaqkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Yarıyev, müəllim və şagirdlər, eləcə də kənd ictimaiyyəti iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında qeyd edib ki, Azərbaycan dünyada tolerantlığı və multikultural dəyərləri ilə tanınır. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması və bu illər ərzində təkcə ölkə səviyyəsində deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, Azərbaycanın ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin bir mənalı şəkildə diqqətini özünə çəkir. E.Nurullayev nitqində gənc nəslin mövcud adət-ənənələrimizə sadiqlik ruhunda yetişməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan gənci milli adət-ənənələrimizi öyrənməklə yanaşı, ənənəvi İslam dəyərlərini də mənimsəməlidir. Bununla onlar həm özlərini, həm də gələcək nəsli radikal dini qrupların təsirindən qorumuş olacaqlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov dini biliyi az olan gənclərin aldanaraq radikal qrupların əlində alətə çevrildiyini, daha sonra isə onlardan müharibə ocaqlarında istifadə edildiyini diqqətə çatdırıb.
Quba RTŞ-nin əməkdaşı Anar Murtuzov Vətən sevgisinin məktəbli yaşında düzgün aşılanmasının vacibliyini vurğulayıb.
Daha sonra DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
 


Son baxılan xəbərlər

Masallıda “Gənclərin radikal dini cərəyanlardan qorunması” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
11.02.2019 / 15:05
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2018 / 15:06
Ətraflı oxu

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...

Xəbərlər
04.12.2018 / 15:23
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

7 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.04.2017 / 17:41
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu