“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər / 05.06.2018 / 18:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq iyunun 5-də Tərtər şəhər 6 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayonu “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, Tərtər şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, məktəbin pedoqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov tədbir iştirakçılarına ənənəvi “İnsan Hüquqları Aylığı”nın elan edilməsi haqqında məlumat verib. O qeyd edib ki, bununla bağlı keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının qorunmasının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə öz töhfəsini verir.
Tərtər rayonu “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov İslam dinində insan hüquqlarına verilən dəyərdən bəhs edib.
6 saylı tam orta məktəbin direktoru Azad Abbasov və tarix müəllimi Elmira Müzəffərova da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər
27.08.2019 / 09:53
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: “Azərbaycan İlahiyyat İnstitutuna bina ayrılıb”

Press-relizlər
24.05.2018 / 16:36
Ətraflı oxu

“Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.02.2020 / 16:16
Ətraflı oxu

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

Xəbərlər
21.11.2018 / 17:17
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu: Rüstəm İbrahimbəyovun bədnam filmi Azərbaycan xalqına xəyanətin ən pis nümunələrindəndir

Açıqlama
25.05.2018 / 14:16
Ətraflı oxu

Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib

Press-relizlər
23.12.2020 / 11:32
Ətraflı oxu