Mənəvi Dəyərlərin Təbliği Fondu Zaqatalada və Şəkidə şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edib

Press-relizlər / 04.06.2018 / 11:45

İyunun 2-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Zaqatala rayonunda şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, başçının birinci müavini Tofiq Əhmədov, başçının müavini Vəfa Süleymanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, eləcə də Fondun əməkdaşları  iştirak ediblər.
 
***

İyunun 3-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən  şəhid ailələri və müharibə veteranları üçün növbəti iftar süfrəsi Şəkidə təşkil edilib. Tədbirdə Şəki Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov, eləcə də Fondun əməkdaşları Vüqar İmamquliyev və Emin Mehtiyev iştirak ediblər.
Təşkil olunan iftar süfrələrində Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi önəmdən söz açan natiqlər dövlət başçımızın tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi qayğı göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlət başçısının hər il Ramazan ayında İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri ilə iftar süfrəsində iştirak etməsi, dini-tarixi abidələrin - məscidlərin, ziyarətgahların bərpası üçün sərəncamlar imzalaması bunun bariz nümunələrindəndir. Tədbirdə şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.


Son baxılan xəbərlər

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu

Nəsimi rayonunda “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2017 / 16:16
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
17.01.2018 / 15:17
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
10.02.2018 / 09:53
Ətraflı oxu