Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 01.06.2018 / 17:23

İyunun 1-də Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbinin direktoru Müşfiq Əliyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Şəhadət” sənədli filmi haqqında məlumat verərək bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. Filmdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşərək həlak olmuş şəxslərdən bəhs edilir.  
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov və Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbinin direktoru Müşfiq Əliyev “Şəhadət” sənədli filminin gənclərin dini radikalizm və fanatizmə qarşı maarifləndirilməsində əhəmiyyətindən bəhs ediblər.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli  filmi  nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində növbəti tədbir Lənkəranda keçirilib

Press-relizlər
06.09.2018 / 09:40
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2019 / 14:30
Ətraflı oxu

Kürdəmirdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.03.2018 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
22.05.2019 / 16:37
Ətraflı oxu