Mingəçevirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 01.06.2018 / 15:47

İyunun 1-də Mingəçevir Bələdiyyəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Bələdiyyəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rafiq Qasımov, Bələdiyyənin üzvləri, məscidlərin imamları, din xadimləri və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev mövzunun əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Sonra Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı “Sənin hüququn – sənin haqqındır” mövzusunda çıxış edib. O, öz çıxışında ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov isə “Dini etiqad azadlığı insan hüquqlarının bariz nümunəsidir” mövzusunda çıxış edərək əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə danışıb.
Tədbirdə Mingəçevir şəhəri “Heydər” məscidinin imamı Ələmdar Qiyasovov, imam naibi Müşfiq Nəcəfov, “Zəhra” məscidinin imamı Əkbər Əliyev, “Cümə” məscidinin imamı Vüsal Abdullayev və digər iştirakçılar çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində seminar-treninq təşkil olunub

Press-relizlər
29.08.2019 / 15:43
Ətraflı oxu

Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.12.2019 / 14:42
Ətraflı oxu

Cəmiyyətimizi dini radikalizmin təsirlərindən qoruyaq

Press-relizlər
20.09.2017 / 16:46
Ətraflı oxu

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2016 / 13:55
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib

Press-relizlər
16.09.2019 / 09:01
Ətraflı oxu