İmişlidə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusu müzakirə olunub

Press-relizlər / 31.05.2018 / 16:12

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli şəhər 8 saylı tam orta məktəbində “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, İmişli şəhər 8 saylı tam orta məktəbin direktor müavini Təranə Qasımova, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini T. Qasımova mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Dəmirov çıxışında deyib ki, dini radikalizm və ekstremizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. Natiq, həmçinin gənclərimizi radikal təsirlərdən qorunmağa çağırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Səmərəli hücum strategiyası üçün fundamental elmi istinad

Press-relizlər
12.06.2019 / 09:34
Ətraflı oxu

Xızıda “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
23.10.2018 / 16:02
Ətraflı oxu

Amil Cavadov: İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var

Açıqlama
16.01.2017 / 13:03
Ətraflı oxu

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
20.09.2019 / 09:35
Ətraflı oxu

Göyçay rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.09.2019 / 15:28
Ətraflı oxu