Qubada "Vətəni sevmək imandandır" mövzusunda tədbir keçirilib

Press-relizlər / 31.05.2018 / 15:19

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Peşə liseyində “Vətəni sevmək imandandır” adlı növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, liseyin direktor müavini Cabir Əsədov, müəllim və şagirdlər iştirak ediblər.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib kiölkəmizdə vətənpərvərlik hislərinin aşılanması, eləcə də dini sabitliyin saxlanılması və qorunması sahəsində çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev və liseyin direktor müavini Cabir Əsədov deyiblər ki, İslam dininin qayəsini iman təşkil etməklə Vətən sevgisi ən uca zirvəyə qaldırılaraq imanla eyni ölçüdə tutulur. Natiqlər bildiriblər ki, təhsil millətin gələcəyi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhda yetişdirilməsində əvəzsiz rol oynayır.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Report”a müsahibəsi

Müsahibələr
20.10.2016 / 15:21
Ətraflı oxu

Arye Qut: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir”

Multikulturalizm
11.05.2017 / 09:16
Ətraflı oxu

Xaçmaz və Yardımlıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
24.05.2019 / 15:20
Ətraflı oxu

Prezident İlham Əliyev Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

Press-relizlər
21.12.2018 / 17:22
Ətraflı oxu

Yardımlıda “İnsan hüquqlarının qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2018 / 15:14
Ətraflı oxu