Balakəndə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfrans işə başlayıb

Press-relizlər / 30.05.2018 / 14:29

Mayın 30-da Balakən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfrans öz işinə başlayıb.
Konfransın birinci günündə məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. F.Nəcəfov bildirib ki, bu, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, respublikamızda dini durum sabitdir, həmçinin dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir.
G. İsmayılov deyib ki, hazırda dünyada dini konfessiya və qrupların aktivliyi müşahidə edilməkdədir. Təəssüflə qeyd edilməlidir ki, bəzən bu cür qrupların fəaliyyətlərində və dini inanclarında ekstremizm meyillərinə rast gəlinir. Natiq bəzi ölkələrdə islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu da vurğulayıb. Sədr müavininin sözlərinə görə, gənclərin dini radikalizm və zərərli cərəyanların təsirlərindən qorunması üçün yüksək təhsilə yiyələnmələri vacibdir.
İslamın sülh dini olduğunu diqqətə çatdıran G. İsmayılovun sözlərinə görə, dinimiz yalnız inanc, mənəvi dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd qoyan və ilahi mahiyyət daşıyan yoldur. Ancaq bu ideologiya bütün digər idarəçilik sistemlərini və siyasi quruluşları rədd etməyə, teokratik dövlət qurmağa çağırmır. Sədr müavini onu da deyib ki, İslama görə başqaları müsəlmanın nə dilindən, nə də əməlindən zərər görməməlidir. Bildirib ki, özünü ləyaqətli müsəlman hesab edən insan Vətəni, dövləti və yaşadığı cəmiyyət qarşısında daşıdığı məsuliyyəti dərk etməli, xalqın milli-mənəvi dəyərlərinə sadiq olmalı və onları qorumağı bacarmalıdır. Natiq, eyni zamanda deyib ki, dinimizin çağdaş və mədəni müsəlman modeli müqəddəs kitabımız Qurani-Kərimə əsaslanır və bütün dövrlər üçün dəyişməz qalır.  
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov ölkəmizdə dini ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, dini radikalizmlə mübarizədə ilk növbədə onu yaradan səbəbləri müəyyənləşdirmək lazımdır.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb. 


Son baxılan xəbərlər

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir

Press-relizlər
13.05.2019 / 10:12
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Balakən, Lənkəran və Beyləqanda tədbirlər ...

Xəbərlər
10.05.2019 / 15:13
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2019 / 17:20
Ətraflı oxu

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Xəbərlər
15.05.2018 / 12:04
Ətraflı oxu