Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib

Press-relizlər / 24.05.2018 / 16:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin və Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin birgə təşkilatçılığı ilə 24 may 2018-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” münasibətilə Bakı şəhəri Nizami rayonu 272 saylı tam orta məktəbdə “Cümhuriyyət dövründə dövlət-din münasibətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Nizami Qasımzadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı B.Hüseynov 1918-ci ilin 28 may tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində mühüm hadisə olduğunu, mövcud olduğu 23 ay müddətində həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıbı.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı F.Aslanova bildirib ki, müsəlman Şərqində ilk dünyəvi dövlətin qurucuları, xalqımızın böyük tərəqqipərvər ziyalıları İslam mədəniyyətindən, onun zəngin bəşəri ənənələrindən yeni cəmiyyətin idarə olunmasında istifadə etməklə dünyəvi dövlətlə dinin sivilizasiyalı əlaqəsini yarada bilmiş, çox böyük tarixi iş görmüşlər. Azərbaycan Xalq Cümhuriyyətinin dinə qayğıkeş münasibətini, hökumətin din sahəsində də islahatlar həyata keçirdiyini, Bakını siyasi mərkəzə çevrilməsində Təzəpir məscidinin mühüm rol oynadığını, milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi olan müstəqil  Azərbaycan dövlətinin Cümhuriyyətin mütərəqqi ənənələrini əsl varislik hissi ilə yaşadıb, inkişaf etdirdiyini bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı V.Musayev əsrlərdən bəri müхtəlif xalqların və dinlərin nümayəndələrinin yаşаdığı bu ərаzidə qаrşılıqlı еtimаdа əsаslаnаn milli-mədəni və dini münаsibətlər sistеminin fоrmаlаşdığını deyib. Bu gün ölkəmizdə insаnlаrın əmin-аmаnlıq şərаitində yаşаmasının, ilk növbədə, həmin ənənənin layiqincə  davam etdirilməsinin, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinin nəticəsi olduğunu vurğulayıb.
“Dəyirmi masa” Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi,  mütərəqqi ideyalarla zənginləşdiyi, milli özünüdərkə və millətin mənəvi-dini köklərinə qayıdış dövrü hesab olunan 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı geniş müzakirələrlə davam etdirilib.

***
 
Mayın 24-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin və Ağdaş rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cumhuriyyəti və miras qoyduğu milli dövlətçilik ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin məsləhətçisi Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini ­­– dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon İstək Liseyinin müdiri Rəşad Əliyev, tarixçi- publisist Ağaəli Ağayev, jurnalist Rafiq Rəhimov, gənc tarixçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı S.Musayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edib, 2018-ci ilin, Prezidentimiz tərəfindən “Cümhuriyyət ili” elan edilməsinin 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinə verilən qiymətin bariz nümunələrindən olduğunu bildirib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəti illərində görülmüş böyük işlərdən bəhs edib. Şöbə müdiri vurğulayıb ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyənnaməsi qəbul edildi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni, gerbi yaradıldı, dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Azərbaycan Xal Cümhuriyyəti zamanında dini sahədə də ciddi işlər aparılıb, bütün dinlərin nümayəndələrinə bərabər hüquqlar verilib.
Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi A.Gözəlov Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinə malik olmasının bir təzahürü kimi qiymətləndirib. Təəssüf hissi ilə qeyd edib ki, xalqımız keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi nəticəsi idi.
Tarixçi, tədqiqatçı və publisist Ağaəli Ağayev Azərbaycan Xalq Cühmuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, hər bir xalq üçün onun əziz və unudulmaz günləri vardır. 28 may 1918-ci il xalqımızın yaddaşına yazılmış o əhəmiyyətli və unudulmaz günlərdən biridir. Natiq onu da qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlamentli respulika olub və o, üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.
Daha sonra DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin məsləhətçisi A.Ədilov, İstək Liseyinin müdiri R.Əliyev və jurnalist R.Rəhimov mövzu ətrafında çıxış edib.


Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.11.2019 / 17:36
Ətraflı oxu

Qaxda “Dini radikalizmin fəsadları” adlı tədbir baş tutub

Press-relizlər
11.04.2019 / 17:33
Ətraflı oxu

Masallıda dini icma sədrləri və dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 14:18
Ətraflı oxu

Mingəçevirdə maarifləndirici tədbir keçirilib

Xəbərlər
11.07.2019 / 15:16
Ətraflı oxu

Mətbuat xidmətinin məlumatı

Press-relizlər
14.11.2019 / 17:18
Ətraflı oxu

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

Press-relizlər
19.07.2018 / 16:29
Ətraflı oxu