Saatlıda insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 24.05.2018 / 14:54

 
Mayın 24-də DQİDK–nin İmşli bölgəsi üzrə şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı Rayon Heydər Əliyev Mərkəzində insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Elbəy Dəmirov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman Ağayev, V.Əsgərov adına 4 saylı tam orta məktəbin və Rayon Peşə liseyinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hüseyn Eynullayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Natiq İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
DQİDK-nin İmişli bölgə üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov çıxış edərək qeyd etdi ki, insan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən mövzulardandır. 


Son baxılan xəbərlər

Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir

Press-relizlər
02.10.2017 / 11:47
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını ...

Müsahibələr
19.12.2014 / 15:10
Ətraflı oxu

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
25.05.2016 / 15:10
Ətraflı oxu

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Press-relizlər
20.04.2018 / 16:32
Ətraflı oxu