AXC-nin yaranması tariximizin şanlı səhifələrindəndir

Press-relizlər / 23.05.2018 / 15:28

 
Mayın 23-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, mədəniyyət işçiləri, rayon ziyalıları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırdığını diqqətə çatdır
ıb. E. Qafarov Prezident İlham Əliyev tərəfindən də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi şöbəsinin müdiri Əzim Rəfiyev bu əlamətdar yubiley tədbirlərinin Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsət olduğunu qeyd edib. Natiq Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamının ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirildiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər də ilk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyini və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra regionda və dünyada artan vacib rola malik olduğunu vurğulayıblar.
Sonda AXC-nin 100 illik yubileyinə həsr olunmuş film nümayiş olunub. 


Son baxılan xəbərlər

“İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.08.2017 / 16:49
Ətraflı oxu

Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində seminar-treninq təşkil olunub

Press-relizlər
29.08.2019 / 15:43
Ətraflı oxu

Şimal-qərb bölgəsi Azərbaycanın tolerantlıq mühitinin qorunub saxlandığı ən nümunəvi məkanlarındandır

Multikulturalizm
11.11.2016 / 15:20
Ətraflı oxu

"Şəhadət" filmi Zaqatalada nümayiş etdirilib

Press-relizlər
13.12.2017 / 17:31
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu