Samux şəhər 1saylı tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 18.05.2018 / 11:47

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Samux şəhər 1saylı tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, məktəbin direktoru  Şəfiqə İsayeva, eləcə də müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev Aprel döyüşlərində qazanılan qələbənin Vətənimiz üçün vacib olduğunu diqqətə çatdırıb və hər bir gənci ölkəmizin ədalətli mövqeyinin müdafiəsində daha da aktiv olmağa çağırıb.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Aprel döyüşlərində şəhidlik zirvəsinə ucaldılmış gənclərimizin timsalında vətənpərvərlik ideyasının təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyindən danışan natiq gənclərə dini fanatizm və radikalizm kimi yad ünsürlərin təzahürlərindən uzaq durmalarını tövsiyə edib.
Tədbirin sonunda məktəblilərə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Şəhadət” sənədli filimi nümayiş etdirilib.
 


Son baxılan xəbərlər

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 17:19
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini: “Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər”

Press-relizlər
23.08.2019 / 15:36
Ətraflı oxu

Şəkidə tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 16:11
Ətraflı oxu

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

Press-relizlər
19.01.2018 / 18:16
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu