İsmayıllıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər / 16.05.2018 / 16:17

Mayın 16-da İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, RİH başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə çıxış edərək Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. Natiq çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə görülən işlərdən danışıb. O, həmçinin qeyd edib ki, dini ayin və mərasimlər qanunvericilik çərçivəsində yerinə yetirilməlidir.
Daha sonra QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb və tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

“Şəhadət” filmi məktəb-liseydə nümayiş etdirilib

Press-relizlər
22.11.2017 / 16:09
Ətraflı oxu

“Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək”

Press-relizlər
30.03.2018 / 17:07
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.11.2018 / 18:00
Ətraflı oxu

Saatlıda “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir olub

Press-relizlər
15.11.2017 / 16:51
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Press-relizlər
24.05.2019 / 09:31
Ətraflı oxu