Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 11.05.2018 / 16:31

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına əsasən 5 və 14 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Süleyman Salayev, Penitensiar Xidmətin əməkdaşı Adil Ağayev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Natiq Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşları Azad Nəhmədov və Rövşən Nəzərov iştirak ediblər.  
“Multikultural cəmiyyətdə radikalizm təhlükəsi” mövzusunda keçirilən tədbirlərdə ölkəmizdə dövlət-din modeli barədə danışılıb. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olunduğu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığı vurğulanıb. Gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, dini radikalizm və onun fəsadları barədə çıxışlar edilib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətləri qətiyyətlə pislənilib.
Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
01.02.2019 / 10:24
Ətraflı oxu

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.05.2018 / 17:06
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu