Şəkidə zərərli vərdişlərin fəsadları müzakirə olunub

Press-relizlər / 08.05.2018 / 15:08

Mayın 8-də Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ), Şəki Rayon Prokurorluğu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə zərərli vərdişlərin fəsadları müzakirə olunub.
Baş Layısqı kəndində keçirilən tədbirdə Şəki ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilov, şöbənin əməkdaşları Anar Xaliqov, Tural Niftaliyev, Şəki rayon prokurorunun müavini Vüqar Hacıyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki Şəhər Təhsil şöbəsinin əməkdaşı Anar Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Anar Məmmədov mövzunun əhəmiyyətindən danışıb.
Polis Şöbəsinin rəis müavini V. Xəlilov dini ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi hallarla mübarizədə cəmiyyətin dəstəyinin vacib olduğunu qeyd edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən T. Abdullayev dini radikalizmin mahiyyəti, yayılma metodları barədə tədbir iştirakçılarına məlumat verib. O, gəncləri dini radikalizmdən qorumasının vacibliyini bildirib. T. Abdullayev vurğulayıb ki, bəzi qüvvələr dini radikalizm amilindən istifadə etməyə çalışırlar.
Şəki rayon prokurorunun müavini V. Hacıyev isə narkomaniya və onun zərərlərindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
31.01.2018 / 15:13
Ətraflı oxu

Zaqatalada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2017 / 12:48
Ətraflı oxu

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu

Multikulturalizmə Pravoslav kilsəsindən baxış

Multikulturalizm
02.05.2016 / 08:49
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu