Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 07.05.2018 / 13:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov mayın 7-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsi sədrinin müavini Azərbaycandakı dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib. Dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyi diqqətə çatdıran Səyavuş Heydərov bu nümunəvi modelin bütün dünyada maraqla qarşılandığını bildirib.  Vurğulayıb ki, hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından Azərbaycanda tolerantlığın milli-mənəvi dəyərlərimizin önəmli hissəsi kimi qoruyub-saxlanılması xüsusilə diqqət mərkəzindədir.
Ölkəmizdə 31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını qeyd edən sədr müavini dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.
Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə bütün dini konfessiya nümayəndələrinə eyni ehtiramın göstərilməsinin əyani şahidi olduğunu vurğulayıb. M.Şox Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələrinin təmir və bərpa edilməsinin tarixi irsə diqqət və qayğının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz təzahürü olduğunu bildirib.
Görüşdə, eyni zamanda xalqımızın tarixi-mədəni irsində dərin iz qoymuş alman yaşayış məskənlərinin Azərbaycanda salınmasının 200 illiyi münasibətilə icma tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qurumun nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

“Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
11.01.2018 / 15:45
Ətraflı oxu

Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır

Multikulturalizm
02.02.2016 / 17:10
Ətraflı oxu

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Press-relizlər
06.11.2018 / 10:15
Ətraflı oxu

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
04.09.2019 / 16:14
Ətraflı oxu

Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.04.2017 / 12:37
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər
23.01.2020 / 16:16
Ətraflı oxu