Qazaxda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər / 04.05.2018 / 09:54

Mayın 3-də Qazax Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənə sevgi imandandır” mövzunda tədbir keçirilib. Daş Salahlı kəndində baş tutan tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Rasim Tağıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Rasim Tağıyev mövzunun əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, keçirilən bu cür tədbirlər gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malikdir.
Daha sonra çıxış edən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov deyib ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Onun sözlərinə görə, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq hissi yaradır.
Digər natiqlər çıxışlarında dinimizin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini vurğulayıblar.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

Zaqatalada “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib

Press-relizlər
18.09.2020 / 16:39
Ətraflı oxu

Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm
16.11.2016 / 15:33
Ətraflı oxu

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu