Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 03.05.2018 / 18:00

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsi sədrinin müavini qonaqlara ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit barədə məlumat verib.  Bildirib ki, ölkəmizdəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb, dini konfessiya nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəlib. Sədr müavini ölkəmizin enerji təhlükəsizliyi ilə yanaşı, beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində əməli addımlar atdığını xatırladıb. S.Heydərov vurğulayıb ki, son illər Azərbaycanın humanitar, sivilizasiyalararası və dinlərarası dialoq forumlarının, mötəbər idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərindən birinə çevrilməsi heç də təsadüfi deyil.
Ölkəmizə yenidən səfərindən məmnunluğunu ifadə edən “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys səmimi görüşə və qonaqpərvərliyə görə minnərdarlığını bildirib. T.Breys son illərdə ölkəmizdə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin normal fəaliyyətinin təmin olunması, xüsusi ayinlərin icrası və dini bayramlarının qeyd olunması üçün yaradılan şəraitə görə razılığını ifadə edib. Söhbət zamanı ABŞ-ın “Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası”nın son günlərdə açıqladığı hesabatına da toxunan qonaq ötən illərə aid bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəssüfləndiyini bildirib. Bu cür qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.


Son baxılan xəbərlər

Xəzər rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:20
Ətraflı oxu

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

Xəbərlər
17.05.2019 / 15:50
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.02.2020 / 16:47
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Gündüz İsmayılov: "Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik, həm də inkişaf baxımından zəruridir"

Açıqlama
05.08.2016 / 17:18
Ətraflı oxu

Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.10.2018 / 16:51
Ətraflı oxu