Göygöldə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini davam etdirib

Press-relizlər / 27.04.2018 / 15:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq aprelin 27-də öz işini davam etdirib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, məktəb psixoloqları və "Həyat Bilgisi" fənnini tədris edən müəllimlər, eləcə də ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı B. Rəsulov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği baxımından cəmiyyətimizdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Natiq onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.
Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini deyib ki, bəzi qruplar sülh və əmin-amanlıq dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən G. İsmayılov respublikamızda bu istiqamətdə maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini R. Əsgərov qeyd edib ki, həqiqi ilahi təlimlər insanı yalnız sülhə, sazişə, ədalətə və əfvə çağırır. Məsələləri əqli cəhətdən təhlil etməyi, gözəl əxlaq və gözəl davranış sahibi olmağı təbliğ edir. Sadəcə olaraq, çox təəssüflər olsun ki, bəzən insanları manipulyasiya etməkdən ötrü onların etiqadlarından sui-istifadə edilir.
Digər çıxışlarda İslam dininin dini radikalizmin qarşısının alınması, dözümlülük mədəniyyətinin tərbiyə edilməsi və dinlərarası dialoq məsələlərinin qaydaya salınmasında böyük rol oynayan barışıq potensialına və geniş üfüqi əlaqələr şəbəkəsinə malik olması, islam dəyərlərinin öyrənilməsinə yönəldilən dini maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İkigünlük seminar-treninq fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
 


Son baxılan xəbərlər

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu

Mərakeşdə "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans keçirilib

Press-relizlər
16.05.2015 / 10:31
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
19.08.2019 / 12:00
Ətraflı oxu

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu

Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.12.2016 / 11:15
Ətraflı oxu