Balakəndə “Aprel döyüşləri-qəhrəmanlıq nümunəsi” adlı tədbir baş tutub

Press-relizlər / 24.04.2018 / 17:46

Aprelin 24-də Balakən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu humanitar və texniki təmayüllü liseydə “Aprel döyüşləri-qəhrəmanlıq nümunəsi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Zaur Solxayev, Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən rayonu humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru  Şaban Abdullayev qazanılan qələbənin Vətənimiz üçün vacib olduğunu diqqətə çatdırıb və hər bir gənci ölkəmizin ədalətli mövqeyinin müdafiəsində daha da aktiv olmağa çağırıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə aprel döyüşlərində qazanılan qələbənin bütün Azərbaycan xalqının qələbəsi olduğunu dilə gətirib və bu şanlı zəfərin xalqımızın tarixində əhəmiyyətli rola malik olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyindən danışan natiq gənclərə dini fanatizm və radikalizm kimi yad ünsürlərin təzahürlərindən uzaq durmalarını tövsiyə edib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

Mingəçevirdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
23.10.2017 / 12:25
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 17:38
Ətraflı oxu

Göyçayda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
23.10.2018 / 17:39
Ətraflı oxu

Ələt qəsəbəsinin Şıxlar bağ massivində qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

Press-relizlər
23.04.2018 / 14:11
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

Xəbərlər
29.11.2014 / 10:05
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu