Qazaxda aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 20.04.2018 / 16:20

Aprelin 19-da Qazax Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel zəfəri” mövzusunda tədbir keçirilib.
Rayonun Birinci Şıxlı kənd tam orta məktəbində keçirilən tədbirdə kənd ağsaqqalları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı ilin aprelində qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin şərəfli döyüş yolu gənclər üçün üçün bir nümunədir. Qeyd edib ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və onların ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov, Birinci Şıxlı kənd tam orta məktəbinin direktoru Məzahir Qocayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçılara Qazax RİH-in təşəbbüsü ilə nəşr edilən “Aprel döyüşləri” kitabı hədiyyə edilib və DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 


Son baxılan xəbərlər

“Şəhadət” sənədli filmi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində nümayiş olunub

Press-relizlər
11.10.2017 / 16:51
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti" mövzusunda ...

Press-relizlər
16.01.2020 / 15:14
Ətraflı oxu

Oğuzda “Cəmiyyəti dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:21
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”

Xəbərlər
19.10.2020 / 11:41
Ətraflı oxu

Qəbələdə “Dini ekstremizm–ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusu müzakirə edilib

Press-relizlər
24.06.2019 / 17:58
Ətraflı oxu

DQİDK sədri "Samaritans Purse" təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti ilə görüşüb

Press-relizlər
01.12.2020 / 17:02
Ətraflı oxu