Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 19.04.2018 / 17:19

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov, Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov, pedaqoji işçilər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər RİH başçısı Aparatının nümayəndəsi Elvin Umudov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. E.Umudov vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.
Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazovdini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb.
Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.       
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
25.07.2016 / 16:34
Ətraflı oxu

Göyçayda “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2018 / 17:14
Ətraflı oxu

QMİ-nin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna ...

Açıqlama
06.06.2015 / 14:06
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
10.12.2019 / 10:00
Ətraflı oxu

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

Press-relizlər
19.11.2019 / 14:11
Ətraflı oxu

Komitə rəsmisi əhaliyə səsləndi: “Kütləvi tədbirlərdən çəkinin”

Xəbərlər
31.08.2020 / 10:24
Ətraflı oxu