Göygöldə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 19.04.2018 / 15:33

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, rayonunun fəal gəncləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl RİH başçısı Aparatının nümayəndəsi Babək Rəsulov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclərin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev bildirib ki, aprel döyüşləri dünyaya Azərbaycan ordusunun gücünü göstərdi. Ordumuzun göstərdiyi şücaət nəticəsində bir daha sübut olundu ki, Azərbaycan işğalla barışmır və igid əsgərlərimiz Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqları geri qaytarmağa tam hazırdır.
Çıxışlardan sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşı Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib

Xəbərlər
25.10.2018 / 10:40
Ətraflı oxu

“İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.08.2017 / 16:49
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 15:03
Ətraflı oxu

10 və 11 saylı cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans keçirilir

Press-relizlər
29.10.2019 / 17:14
Ətraflı oxu