Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 18.04.2018 / 17:27

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) və Siyəzən Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Siyəzən rayonunun Məşrif kəndində “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qoşqar Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov bildirib ki, rayon icra hakimiyyəti İş Planına müvafiq olaraq, ayrı-ayrı yaşayış məntəqələrində dini maarifləndirmə sahəsində DQİDK ilə birgə müxtəlif tədbirlər, konfrans və seminar-treninqlər həyata keçirir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy radikalizmin yaranma səbəblərini göstərərək qeyd edib ki, dində radikallıq müxtəlif formalarda təzahür etməklə dinin əsl mahiyyətini kölgədə qoyur. Natiq Azərbaycan reallığında dini radikalizmi yaymaq istəyənlərin sərf etdikləri əməyin nəticəsiz qaldığını qeyd edib.
Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qoşqar Kazımov gənclərin və yeniyetmələrin dini radikalizmin qurbanına çevirilməməsi məqsədilə profilaktik tədbirlərin gücləndirilməsinin əsas şərt olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İsrailin nüfuzlu "Yerusəlim Post" qəzetinə ...

Müsahibələr
03.08.2018 / 14:26
Ətraflı oxu

"Müsəlman kimliyi" kitabı

Kitablar
04.05.2015 / 12:48
Ətraflı oxu

Masallıda "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.02.2020 / 15:33
Ətraflı oxu

Bakıda “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah“ adlı konfrans keçirilib

Press-relizlər
26.10.2017 / 17:04
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilir

Press-relizlər
06.12.2018 / 17:37
Ətraflı oxu

Qusarda daha bir layihəyə yekun vurulub

Press-relizlər
07.11.2017 / 16:11
Ətraflı oxu