Sumqayıtda “Çağdaş qəhrəmanlıq salnaməsi - Aprel döyüşləri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 17.04.2018 / 14:55

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 34 saylı tam orta məktəbdə “Çağdaş qəhrəmanlıq salnaməsi - Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktoru Nizami Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru N. Məmmədov bildirib ki, tədbirin keçirilməsində məqsəd 2016-cı ilin aprelində öz qanları ilə dastan yazan şəhidlərimizin ruhunu şad etməklə yanaşı, gənc nəslin vətənpərvər ruhda yetişməsinə töhfə verməkdir.
Daha sonra çıxış edən Y. Abdullayev qeyd edib ki, aprel döyüşlərində vuruşan və qəhrəmancasına həlak olan oğullarımız bir daha sübut etdi ki, bizim düşmənə verəcəyimiz bir qarış torpağımız yoxdur. Natiq çıxışının sonunda bildirib ki, aprel qələbəsi bir daha göstərdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı onun əmrilə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
 

Son baxılan xəbərlər

“Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

Multikulturalizm
12.08.2016 / 23:03
Ətraflı oxu

Mingəçevirdə “Aprel döyüşləri - qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.04.2018 / 17:10
Ətraflı oxu

“Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 17:32
Ətraflı oxu

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu

Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatı yaradılıb

Press-relizlər
31.10.2018 / 09:50
Ətraflı oxu

Səyyad Salahlı: “Sosial şəbəkələrdən aktiv istifadə dini radikalizmlə mübarizədə effektiv və müasir yoldur”

Press-relizlər
25.10.2019 / 12:24
Ətraflı oxu