Mübariz Qurbanlı:“Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır”

Açıqlama / 10.04.2018 / 17:09

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfrans Ümumilli Liderin ideyalarının beynəlxalq miqyasda daha geniş təbliğinə böyük töhfə verir. Heydər Əliyevin həyata keçirdiyi siyasətdə multikultural və tolerant dəyərlər hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, tolerantlıq, multikultural dəyərlər yeni terminlər kimi istifadə olunsa da, əslində Azərbaycan xalqının adət-ənənələrində, xarakterində, milli xüsusiyyətlərində əsrlər boyu yaşayıb və bu gün də davam etməkdədir”.
Bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın Azərbaycan Dillər Universitetində baş tutan açılışı zamanı bildirib.
Mübariz Qurbanlı deyib ki, cənab İlham Əliyevin də siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğunu hər zaman görməkdəyik: “Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliği və təşviqində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də çox böyük işlər görüb. Ötən illər ərzində Kamal Abdullayevin rəhbərliyi ilə biz dəfələrlə müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslarda iştirak etmişik, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə də bu tədbirlərə qatılıb. Bu tədbirlərin coğafiyası olduqca böyükdür, İspaniya, Finlandiya, Avropanın müxtəlif ölkələri, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Ümumiyyətlə, bugünkü dünyamıza nəzər salsaq, bugünkü dünyada gedən prosesləri diqqətlə izləsək, multikulturalizmin nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın şəkildə görə bilərik. Multikulturalizmin alternativi varmı? Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır, dini toqquşmadır. Və biz bu cür toqquşmaları Yaxın Şərqdə görməkdəyik. Multikulturalizm, multikultural dəyərlər, bir-birinə tolerant yanaşma  dövlətlərin, xalqların yaxınlaşmasına çox böyük təsir göstərən amildir. Avropada da multikulturalizmin iflasa uğradığını söyləyənlər var. Multikulturalizm iflasa uğrayırsa, onda belə çıxır ki, ayrı çıxış yolu qalmır, toqquşmadan qaçmaq mümkün deyil. Ancaq biz imkan verməməliyik ki, multikultural dəyərlər iflasa uğrasın. Burada hər kəs öz sözünü deməlidir, burada bütün ölkələrin ictimaiyyəti bir araya gəlməlidir və bütün insanlıq bəşəriyyəti daha böyük təhlükələrdən xilas etmək üçün səfərbər olmalıdır. Ona görə də Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq miqyasda keçiriləcək konfrans çox əhəmiyyətlidir. Bu gün çox mühüm bir tədbirin, konfransın açılışını həyata keçiririk. Bu konfransın davamı böyük coğrafiyanı əhatə edəcək”. 

 
 
    

Son baxılan xəbərlər

Qubada “Vətən sevgisi imandandır” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.07.2018 / 09:35
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb, onlar isə işğaldan azad ...

Press-relizlər
03.11.2020 / 11:07
Ətraflı oxu

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər ...

Xəbərlər
16.10.2018 / 12:35
Ətraflı oxu

Pirallahı və Xəzər rayonlarının müəllimlərinin iştirakı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda ...

Press-relizlər
28.06.2019 / 15:35
Ətraflı oxu

Komitə sədri: "Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir"

Açıqlama
17.06.2020 / 09:35
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul ...

Xəbərlər
03.02.2021 / 12:20
Ətraflı oxu