Beyləqanda “Aprel şəhidləri gənclərin qəhrəmanlıq ruhunda tərbiyə olunmasının əvəzsiz zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.04.2018 / 17:27

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Beyləqan şəhər 2 saylı tam orta məktəbində “Aprel şəhidləri gənclərin qəhrəmanlıq ruhunda tərbiyə olunmasının əvəzsiz zirvəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.  
Tədbirdə  DQİDK-nın  İmişli bölgəsi  üzrə şöbəsinin aparıcı məsləhətçisi Elbəy Dəmirov, Beyləqan şəhər 2 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədova, direktor müavini Züleyxa Aslanova, həmin məktəbin müəllimləri  və şagirdləri iştirak ediblər.
Öncə Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Beyləqan şəhər 2 saylı tam orta məktəbin  direktoru Mətanət Məmmədova qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur və onlar gənclərin vətənpərvərlik ruhunda formalaşmasında müstəsna rol oynayır.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir.
Beyləqan şəhər 2 saylı tam orta məktəbin direktor müavini Züleyxa Aslanova vurğulayıb ki, xalqımız Vətənin azadlığı uğrunda canlarını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf, qeyrət simvolu kimi xatırlayır və gənc nəslə nümunə kimi təqdim edir.
Tədbirin sonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi olub. 
 


Son baxılan xəbərlər

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
08.11.2019 / 09:50
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
13.12.2019 / 15:01
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu

Gündüz İsmayılov: “Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər”

Press-relizlər
17.02.2020 / 14:27
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu