“Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək”

Press-relizlər / 30.03.2018 / 17:07

Martın 30-da Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri Gənclər Evində “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elşən Əliyev, Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Emir Cavadov, Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva, şəhərin təhsil müəssisələrinin psixoloqları, tələbə və şagirdləri, Gənclər Evinin könüllüləri, şəhər ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxışında qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bildirib ki, İslam dininin insan sağlamlığına böyük əhəmiyyət verməsi şübhəsizdir. Buna görə də bu din insanların səhhətinə zərər verəcək maddələrin istifadəsini haram edib.
Mingəçevir ŞİH başçısı yanında Narkomanlığa və narkotok vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elşən Əliyev çıxışında bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdirdikdən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq, ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.
Daha sonra çıxış edən Mingəçevir ŞPŞ-nin əməkdaşı Emir Cavadov narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahədə görülmüş konkret işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, eləcə də törətdiyi fəsadların ağır nəticəsindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 
    


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədrini qəbul edib.

Press-relizlər
28.10.2014 / 14:34
Ətraflı oxu

Qaxda “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2017 / 10:12
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər
17.07.2020 / 12:51
Ətraflı oxu

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu

Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 16:09
Ətraflı oxu

Dövlət müşaviri Kamal Abdullayev: "Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz"

Açıqlama
03.12.2015 / 15:42
Ətraflı oxu