Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər / 30.03.2018 / 16:02

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhəri Sakit Tağıyev adına  4 saylı tam orta məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Xalqımıza qarşı soyqırım siyasətinin qanlı səhifəsi”  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbinin direktoru Namik Ağayev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdən öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən məktəbin direktoru Namik Ağayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 mart soyqırımı qurbanları anılır. O bildirib ki, bu soyqırımı ermənilərin azərbaycan türklərinə qarşı mənfur siyasətinin təzahürüdür.
Məktəbin direktor müavini Rahid Məmmədov çıxışında bildirib ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Erməni qəsbkarları dinc əhalini kütləvi şəkildə qətlə yetirib, kəndləri yandırıb, milli-mədəniyyət abidələrimizi məhv ediblər.
Digər çıxış edənlər erməni şovinistlərinin törətdikləri vəhşiliklərdən söhbət açıblar.
 


Son baxılan xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 16:26
Ətraflı oxu

Qubada “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu" mövzusunda tədbiri keçirilib

Press-relizlər
10.12.2016 / 11:46
Ətraflı oxu

Niderlandın “Diplomat Magazine” jurnalı: “Azərbaycan: multikulturalizm həyat tərzi kimi”

Multikulturalizm
26.11.2016 / 15:51
Ətraflı oxu

Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusu müzakirə edilib

Xəbərlər
21.08.2019 / 14:47
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu