Zaqatalada “Milli-mənəvi dəyərlərə sadiq Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 27.03.2018 / 17:39

Martın  27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Yolayrıc kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərə sadiq Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qardaşov, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı Mənsur Zərnəliyev və rayon Təhsil Şöbəsinin metodisti Səadət Sofiyeva, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 
Zaqatala rayonu Yolayrıc kənd tam orta məktəbinin direktoru Gülənbər Malcanova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan xalqı tarixboyu öz milli-mənəvi dəyərlərinə sadiq olub, onları qoruyub-saxlayıb. O bildirib ki, məktəbdə mütəmadi olaraq dövlət bayramlarına, milli-mənəvi dəyərlərə, tarixi günlərə və vətənpərvərliyə həsr edilmiş tədbirlər keçirilir və bu tədbirlər gənclərin vətənpərvərlik, mill-mənəvi dəyərlər ruhunda yetişdirilməsində əhəmiyyətli rol oynayır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında vurğulayıb ki, müasir Azərbaycan gəncliyi Vətəninə, dövlətinə, milli-mənəvi dəyərlərinə hər zaman sadiqdir, hörmətlə yanaşır və Vətən eşqi ilə yaşayan gənclərimiz Azərbaycanı müxtəlif sahələrdə uğurla təmsil edirlər. Dini fanatizmin, radikalizmin və ekstremizmin zərəri və fəsadları barədə də danışan natiq aparılan mübarizə tədbirlərindən bəhs edib. Bildirib ki, gənclərimizin vətənpərvər, milli-mənəvi dəyərlərə sıx bağlı və təhsilli olmaları dini fanatizmə və dini radikalizmə qarşı mübarizədə mühüm amildir.
Zaqatala RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qardaşov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, ölkəmizin gələcək inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonda çıxış edən Zaqatala Rayon Təhsil Şöbəsinin metodisti Səadət Sofiyeva qeyd edib ki, gənclərimiz dövlət tərəfindən onlar üçün yaradılmış təhsil şəraitindən yararlanaraq dərin biliklərə yiyələnməli və cəmiyyətimizdə öz layiqli yerini tutmalıdırlar.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Press-relizlər
01.06.2018 / 17:06
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
23.04.2019 / 12:48
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilir

Press-relizlər
06.12.2018 / 17:37
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Xəbərlər
12.04.2018 / 10:23
Ətraflı oxu