Qubada Azərbaycanlıların soyqırımına həsr edilmiş dəyirmi masa keçirilib

Press-relizlər / 15.03.2018 / 16:37

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 09 fevral 2018-ci il tarixli, 24 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 15 martda Bəşir Səfəroğlu adına Quba şəhər Mədəniyyət Mərkəzinin dəyirmi masa zalında “Azərbaycanlıların soyqırımı: müsəlmanlar və yəhudilər erməni vandalizminin qurbanı kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, müsəlman dini icmalarının sədrləri, imamlar, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tarixən erməni vandalizminin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətindən danışıb. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini konfessiyalarının nümayəndələri erməni vandalizminə qarşı birlikdə çıxış edərək dəfələrlə bəyanat veriblər.
Daha sonra çıxış edən Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov 31 Mart soyqırımının Quba rayonunda həyata keçirilməsi tarixi haqqında danışaraq vurğulayıb ki, soyqırım qurbanlarının xatirəsinə Heydər Əliyev Fondunun dəstəyi ilə abidə-kompleks inşa edilib.
Tədbirdə çıxış edən QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov dini icmalarda soyqırımı qurbanlarının yad edilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra müxtəlif dini icma üzvləri və imamlar erməni vəhşiliyi haqqında öz fikirlərini bölüşüblər. 


Son baxılan xəbərlər

Yardımlıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 17:33
Ətraflı oxu

Aİİ beynəlxalq əlaqələrini genişləndirir

Press-relizlər
26.10.2018 / 12:08
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Press-relizlər
22.01.2019 / 14:24
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filmi nümayiş etdirilir

Press-relizlər
12.01.2018 / 10:03
Ətraflı oxu

Naftalanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Press-relizlər
24.04.2019 / 16:06
Ətraflı oxu

SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.12.2018 / 18:00
Ətraflı oxu