Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır

Açıqlama / 15.03.2018 / 17:12

İslam yarandığı ilk əsrdən başlayaraq bu günə qədər Azərbaycan xalqının böyük əksəriyyətinin ibadət etdiyi din olmaqla yanaşı, həm də ölkəmizdə yüz illərlə formalaşan milli mənəvi dəyərlərin əsasını təşkil edir. Məhz, İslam və onun ayrılmaz hissəsi olan ehkamları bəşəriyyəti ədalətə, doğruluğa, düzgünlüyə, ən əsası isə sülhə səslədiyi üçün bu din hər kəsin qəlbinə yol tapıb və onun ayinləri insanlar tərəfindən könüllü icra olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə jurnalistlərə müsahibəsində deyib.
Mübariz Qurbanlı bildirib ki, müasir dövrdə dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
İlk dəfə Bakıdakı Heydər məscidində müxtəlif məzhəblərdən olan insanların birgə vəhdət namazı qıldıqlarını deyən Komitə sədri qeyd edib ki, əsas ideyası bəşəriyyəti sülhə və həmrəyliyə çağırmaq olan vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır.

Son baxılan xəbərlər

Saatlıda “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:31
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
09.04.2018 / 15:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Ziyalılarımız İslama qarşı yox, xurafata qarşı mübarizə aparıb”

Müsahibələr
22.07.2017 / 10:17
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
14.03.2019 / 16:39
Ətraflı oxu