Abşeronda “Dini radikalizm və onun milli-mənəvi dəyərlərimizə mənfi təsirləri” mövzusu müzakirə olunub

Press-relizlər / 14.03.2018 / 17:11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Abşeron Rayon Telefon Kommunikasiya Qovşağında “Dini radikalizm və onun milli-mənəvi dəyərlərimizə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qovşağın rəisi Tofiq Cəlalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov və qovşağın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan T. Cəlalov mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür maarifləndirmə tədbirləri dini radikalizmlə mübarizədə effektiv xarakter daşıyır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı O. Axundov bir sıra ölkələrdə milli, dini zəmində münaqişələrin baş verdiyi bir vaxtda Azərbaycanda birgəyaşayış və multikultural ənənələrin mövcud olduğunu bildirib. Vurğulayıb ki, ölkəmizdəki tolerantlıq ənənələrini və ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələrin fəaliyyətinin qarşısı inzibati yollarla yanaşı, aparılan maarifləndirmə işləri ilə də alınır.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin icrasına başlanılıb

Xəbərlər
09.12.2015 / 11:22
Ətraflı oxu

Astarada “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Press-relizlər
20.08.2019 / 16:17
Ətraflı oxu

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu