“Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 13.03.2018 / 17:34

Martın 13-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Lahıc kənd tam orta məktəbində “Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon prokurorunun köməkçisi Toğrul Hüseynzadə, RPŞ-nin əməkdaşı Ruslan Şıxamirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Salatın İbrahimova tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Zaqatala RİH başçısı Aparatının nümayəndəsi Ramin Həsənov isə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, bu istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.
DQİDK-nın  Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Natiq ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib

Press-relizlər
02.04.2015 / 18:54
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.01.2018 / 15:12
Ətraflı oxu

Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır

Press-relizlər
17.08.2018 / 15:55
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

Multikulturalizm
03.05.2016 / 09:04
Ətraflı oxu

“Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn seminar keçirilib

Xəbərlər
23.07.2021 / 17:19
Ətraflı oxu