Quba rayonunda “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib

Press-relizlər / 06.03.2018 / 16:13

Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba rayonu Digah kəndində “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, Digah kənd tam orta məktəbinin direktoru Mənsur Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Digah kənd tam orta məktəbinin direktoru Mənsur Hacıyev bildirib ki, gənc nəslə vətən sevgisini məktəb yaşından aşılamaq lazımdır. O vurğulayıb ki, Vətən olmadan yaşamaq və özünü vətəndaş hesab etmək mümkün deyildir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev isə deyib ki, hər bir şəxs aldığı bütün biliklərin əsasında Vətən sevgisini önə çəkməlidir. 
Daha sonra çıxış edən Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov söyləyib ki, son illər gənclərin düzgün dini biliklərə yiyələnməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Vurğulayıb ki, məhz bu cür tədbirlərin nəticəsində gənc nəsildə Vətənə məhəbbət hissi daha da artmaqla yanaşı, qeyri-ənənəvi dini təriqətlərə maraq azalıb. 
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib

Xəbərlər
20.02.2020 / 12:21
Ətraflı oxu

Mübariz Qurbanlı: “Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır”

Açıqlama
17.08.2019 / 10:08
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Xəbərlər
20.08.2019 / 12:15
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Ali dəyərlərin qoruyucusu

Xəbərlər
21.02.2020 / 09:33
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu