Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 03.03.2018 / 13:13

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində növbəti tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imam cüməsi Elman Piriyev, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, “Əmək qəhrəmanı” ordenli Oqtay Həziyev, yuxarı sinif şagirdləri, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imam cüməsi Elman Piriyev şəhidlərin ruhuna dualar oxuyub və mərasim iştirakçıları tərəfindən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Elman Piriyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı hamımıza məlumdur, biz bunu gündəlik həyatımızda görürük. Daha sonra icma sədri Azərbaycan gənclərinin, xüsusilə də hərbiçilərimizin 2016-cı ilin aprel döyüşlərində göstərdiyi vətənpərvərlik və şücaətdən danışıb. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda ətraflı məruzə edib. O, məruzəsində dövlətin gənclər siyasətini və onlara göstərilən qayğını xüsusi vurğulayaraq bildirib ki, bu məsələ daim diqqət mərkəzində olan bir sahədir.
Məruzə ətrafında çıxışlarda Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov çıxış edərək bildiriblər ki, bu mövzuda keçirilən tədbirlər Azərbaycan gənclərinin formalaşmasında və hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. 
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Xocalı faciəsindən 26 il ötür

Press-relizlər
26.02.2018 / 18:00
Ətraflı oxu

Qusarda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Press-relizlər
13.01.2020 / 16:58
Ətraflı oxu